Moskva Vaşinqtona konkret vəd verməyib

NATO-nun baş katibi Andres Forq Rasmussen deyib ki, Rusiyadan müsbət siqnallar alsa da, hələlik Moskvanın Əfqanıstandakı alyansa mümkün yardımıyla bağlı konkret elə bir vəd verilməyib.

Rasmussen bunu Rusiyaya səfərinin yekunlarıyla bağlı bu gün Moskvada keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Rusiya alyansı hərbi vertalyotlarla təmin edə, Əfqanıstan ordusu və polisinə təlim keçə bilər.

Rasmussen həmçinin Avropanın təhlükəsizliyi ilə bağlı Rusiyanın təklif etdiyi yeni müqaviləyə ehtiyac olmadığını deyib.