Yəməndə “Əl-Qaidə”nin planı pozulub

Yəmən hökuməti “Əl-Qaidə”nin planlaşdırdığı terror aktının qarşısını aldığını bildirib. Yəmənin Müdafiə Nazirliyinin məlumatına görə, xüsusi əməliyyat nəticəsində 34 yaraqlı öldürülüb, 17 nəfər həbs olunub.

Bildirilir ki, “Əl-Qaidə” intiharçının köməyi ilə təhsil ocaqlarına hücum edəcəkmiş.