«Beynəlxalq dəstəkdən məhrum olmuşuq»

Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev

«Bizim Yol»: İntiqam Əliyev: «Bir çox xarici diplomatlar açıq-açığa riyakarlıq edirlər»

Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev: «Hökumətin 5-10 QHT-dən, 3-4 qəzetdən, 1-5 partiyadan ibarət vətəndaş cəmiyyəti ilə hesablaşmaması üçün əsasları var».

«Azadlıq»: Neft Fondunun vəsaitləri israf edilir

Bu da neft tükənəcəyi halda Azərbaycanın çox ağır duruma düşəcəyindən xəbər verir.

«Yeni Müsavat»: Yüzlərlə qərbi azərbaycanlı hakimiyyətdən incik salınır

Sərdar Cəlaloğlu: «Hakimiyyət bilir ki, xalqın narazılığı passiv və təsirsizdir».

«Şərq»: «ABŞ Azərbaycana heç vaxt sevgi ilə yanaşmayıb»

Cümşüd Nuriyev: «Bu dövlətin görünən əli demokratiyadadırsa, görünməyən əli təxribatçılıqla məşğuldur».

«525-ci qəzet»: Gürcüstanla Rusiya arasında növbəti müharibə?

Gürcüstanın işğal altındakı ərazilərini güc yolu ilə qaytarmağa hazırlaşması xəbəri yayıldı

«Bakı xəbər»: Benzinin keyfiyyətilə bağlı narazılıqlar artır

Standartlaşdırma Komitəsi maraqlı faktlar ortaya çıxarıb. «Yüksək aktanlı yanacağa aşağı səviyyəli yanacaq qatılır».

«Yeni Azərbaycan»: Azərbaycanın daha bir reytinq qiymətləndirilməsində mövqeyi yüksəlib

Yeni reytinqin əldə olunmasında beynəlxalq maliyyə bazarlarında Azərbaycana etimadın daha da yüksəlməsinə təminat verməklə yanaşı, həm də iri şirkətlərin ölkəmizə investisiya qoyuluşlarını artıracaq.