Öz əmlakını oğrulamaq ittihamıyla həbs olunan müxalifətçinin işinə yenidən baxılır

Minsk şəhər məhkəməsi 7 il həbs cəzası alan müxalifətçinin işinə yenidən baxılmasına qərar verib. AzadlıqRAdiosunun Belorus xidmətinin verdiyi məlumata görə, müxalifətdəki Vahid Cəmiyyət Partiyasının üzvü Aleksandr Bandarenka 2009-cu ilin oktyabr ayında özünün özəl şirkətindən oğruluq eləmək ittihamıyla 7 il həbs cəzası almışdı.

Ancaq insan haqları fəalları və beynəlxalq təşkilatlar qərarın siyasi sifarişli olduğunu bəyan edəndən sonra, şəhər məhkəməsi işi yenidən açağı instansiayaya qaytarıb və işə yanvar ayında baxılacaq.