Kabil meri vəzifəsindən gedib

Korrupsiyada ittiham olunan Kabil meri bu gün tutduğu postdan gedib.

Abdul Əhəd Sahibi 4 il həbs cəzasına məhkum edilsə də, apelyasiya şikayətinə baxıldığı müddət ərzində girov qoymaq şərtiylə azadlığa buraxılıb.

O həmçinin bu müddət ərzində işə gəlməkdə davam edirdi.

Mer ona qarşı irəli sürülmüş ittihamın siyasi motivli olduğunu deyir.

Dünən onun müavini də həbs edilib.