Çilidə prezident seçkiləri keçirilir

Bu gün Çilidə prezident seçkiləri keçirilir.

Əsas mübarizənin böyük iş adamı, milyardçı Sebastyan Pinera və artıq 90-cı illərdə bir dəfə prezident olmuş, hakim koalisiyanın nümayəndəsi Eduardo Frey arasında olacağı gözlənilir.

Sebastiyan Pineranın qələbəyə şansı daha çoxdur.

İndiki prezident Mişel Baçeletin ölkədə böyük nüfuzu olsa da , konstitusiya onun dalbadal ikinci müddət uğrunda mübarizə aparmasına imkan vermir.