Bağapş yenə də Abxaziyanın prezidenti seçildi

Gürcüstanın separatçı bölgəsi Abxaziyada keçirilmiş prezident seçkisində indiki prezident Sergey Bağapş qalib gəlib.

İlkin məlumatlara görə Sergey Bağapş 59,4, onun əsas rəqibi, keçmiş vitse-prezident Raul Xacimba isə 15,4 faiz səs toplayıb.

Müxalifət qanun pozuntularıan yol verildiyini deyir.

Bu Moskvanın müstəqil dövlət kimi tanımasından sonra Abxaziyada keçirilən ilk prezident seçkiləridir.

Gürcüstan seçkini Rusiyanın başçılığı altında tamaşa adlandırıb.