Pakistanda yaraqlılara qarşı yeni əməliyyat gözlənilir

Cənubu Vəziristanda talibançılara qarşı aparılan hərbi əməliyyatlar başa çatdırılıb.

Amma hökumət hazırda Əfqanıstan sərhəddi boyunca yaraqlılara qarşı yeni əməliyyat planını müzakirə edir.

Bunu Pakistanın baş naziri Yusif Rza Gilani deyib.

Əfqanıstanla sərhəd bölgəsində yerləşən Orakzai regionu talibançıların lideri Hakimulla Məsudun əsas bazası hesab olunur və Cənubi Vəziristandakı yaraqlıların çoxunun bu bölgəyə keçdiyi güman edilir.