Müşahidəçilər Rusiyanı atəşkəsi pozmaqda ittiham edib

Avropa Birliyinin Gürcüstandakı müşahidəçi missiyası Rusiyanı ötən ilin avqustunda tərəflər arasında əldə olunmuş atəşkəsi pozmaqda ittiham edib.

Beynəlxalq müşahidəçilər Rusiyadan Gürcüstanla Cənubi Osetiya arasında yerləşən Perevi kəndindəki nəzarət-buraxılış məntəqəsinin yığışdırılmasını tələb edirlər.