Prezident həmsədrlərlə görüşüb

Prezident İlham Əliyev dekabrın 11-də ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.

Azertacın məlumatına görə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.