Həmsədrlərin 3-ü də Bakıdadır

ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıdadır.

Dekabrın 11-də həmsədrlər Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər.

Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair «Madrid prinsipləri»nin həmsədrlər tərəfindən yenilənmiş variantı və tərəflər arasında növbəti görüşün təşkili məsələsi müzakirə olunacaqdır. /Azertac/