Norveç Əfqanıstana 110 milyon dollar yardım ayıracaq

Norveç hökuməti Əfqanıstana 110 milyon dollar məbləğində yardım ayırmağı söz verib.

Baş nazir Yens Stoltenberq bunu bu gün Osloda Amerika prezidenti Barak Obama ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Obama yardıma görə Stoltenberqə təşəkkür edib.