Azərbaycan Rusiyaya yaxınlaşır

Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü düşünür. Bunu «Straftor» araşdırma mərkəzi yazır.

Moskvanın 1992-ci ildə əsasını qoyduğu təşkilata Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. Keçmiş SSRİ ölkələrinin bir çoxu, o cümlədən Azərbaycan da bu təşkilata qoşulmayıb, öz müstəqilliyini qoruyub, «son dövrlərə qədər» – «Straftor» belə yazır.

«Straftor» araşdırma mərkəzi qeyd edir ki, son hadisələr, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səmərəsiz danışıqlar Azərbaycanı mövqeyini yenidən düşünməyə vadar edib.