Permdəki gecə klubunda ölənlərin sayı 117 nəfərə çatıb

Rusiyanın Perm şəhərindəki gecə klublarının birində baş vermiş yanğın nəticəsində ölənləri sayı 117 nəfərə çatıb. Xəsarət alanların sayı isə 115 nəfərdir.

Hadisə dekabrın 5-də baş vermişdi. İstintaqın versiyasına görə, yanğına səbəb qapalı yerdə atəşfəşanlıq zamanı dekorativ tavanın yanması olub.

Hadisə ilə əlaqədar 4 nəfər, o cümlədən gecə klubunun sahibi saxlanılıb.