İranda daha bir islahatçı qəzet bağlanıb

İranda “Hayate-No” adlı islahatçı qəzet bağlanıb. Xəbəri yerli informasiya agentlikləri yayıb.

Qəzetin mətbuat haqqında qaydaları pozduğu bildirilir. Başqa məlumat verilmir.

Müxalifət lideri Mirhüseyn Musəvini dəstəkləyən “Hayate-No” Tehranda çıxan azsaylı islahatçı qəzetlərdən biri idi. Qəzetin bağlanması polisin müxalifətin etiraz aksiyasının dağıtdığı bir gündə- dünən elan olunub.