Nazir pirotexnikadan istifadəyə qadağa qoyulmasını tələb edir

Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqu kütləvi mərasim və tədbirlərdə pirotexnikadan istifadəyə qadağa qoyulmasını tələb edib.

O bu gün Moskvada keçirilmiş iclasda həmçinin deyib ki, nazirlik yanğın-təhlükəsizlik tələblərinin sərtləşdirilməsi ilə bağlı tədbirlər hazırlayır.

Bu günlərdə Rusiyanın Perm şəhərindəki gecə kulubunda baş vermiş yanğın 112 adamın ölümüylə nəticələndi.

Sergey Şoyqu ölkədəki bu cür obyektlərin yoxlanılacağını deyir.