«Sovet sistemindən qalma idarəetmədən əl çəkməliyik»

«…Çoxpartiyalı parlamentin olmasının və seçki sisteminin dəyişdirilməsinin tərəfdarıyam»

«Yeni Müsavat»: YAP-çı deputat Nazim Məmmədov: «Bəziləri vəzifəyə maddi vəziyyətlərini yaxşılaşdırmaq imkanı kimi baxır». «…Çoxpartiyalı parlamentin olmasının və seçki sisteminin dəyişdirilməsinin tərəfdarıyam».

«Bizim Yol»: «Oliqarxlara çevrilən rektorlar var».

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı: «Təhsillə bağlı müxtəlif qüvvələr var və onlar da maraqlarını ortaq məxrəcə gətirə bilmirlər». «Xəzərdən Bakı Dövlət Universitetinə gedənlərin hamısı zəif tələbələrdir».

«Azadlıq»: Pensiyaların yubadılması gələn il də davam edəcək

Təqaüdlərini «Kapitalbank»ın kartları ilə alanlar 10 gündür pul gözləyirlər.

«Yeni Azərbaycan»: Bakıda Koroğluya abidə qoyulacaq

Prezident İlham Əliyev Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

«Şərq»: Moskvada miqrantlara hücum hazırlanır

Yuri Lujkov Rusiya paytaxtına işləməyə gələnləri «avara», «cinayətkar» adlandırdı.

«525-ci qəzet»: «Telekanalların fəaliyyətində müsbətə doğru addımlar hiss olunur»

Millət vəkili, Azərbaycan Qızıl Aypara cəmiyyətinin prezidenti Novruz Aslan: «Ümumi ekspertlər şurasının yaradılması keçmiş sovet dönəmindəki senzuraya qayıtmaq olar».

«Bakı Xəbər»: Tikinti şirkətlərinə qarşı kütləvi məhkəmə qalmaqalı yetişir

Vətəndaş mənzilin haqqını tam ödəsə də, hələ də evinə köçməyə həsrətdir. Verilən məlumatlara görə, əhalinin tikinti şirkətlərinin yarısı ilə bu kimi problemləri var.