Kərzai Talibanla danışıqlara hazır olduğunu deyir

Əfqanıstan prezidenti Həmid Kərzai bir daha talibançıların lideri ilə danışıqlara hazır olduğunu deyib.

Amma o qeyd edib ki, belə bir görüşü beynəlxalq aləm də dəstəkləməlidir.

Talibançıların lideri Molla Məhəmmd Ömər 2001-ci ildən gizlənir.

Onun qonşu Pakistanda olduğu güman edilir.