Müttəfiqlər Əfqanıstana 5 min qüvvə göndərəcək

NATO və onun müttəfiqləri Əfqanıstana əlavə 5 min qüvvə göndərmək razılığına gəliblər.

Bu barədə bu gün NATO-nun sözçüsü Ceyms Appaturay məlumat verib.

O deyib ki, 20-ə yaxın ölkə Əfqanıstana əlavə qüvvələr göndərəcək, amma konkret ad çəkməyib.

Ötən çərşənbə axşamı Əfqanıstana əlavə 30 min qüvvə göndərəcəyini bəyan edən Birləşmiş Ştatlar, müttəfiqlərini də bu təşəbbüsə qoşulmağa çağırmışdı.