NATO Əfqanıstana əlavə qüvvələr göndərilməsini alqışlayır

Birləşmiş Ştatların müttəfiqləri ABŞ prezidenti Barak Obamanın Əfqanıstana əlavə 30 min qüvvə göndərmək qərarını alqışlayıb.

NATO-nun baş katibi Andres Forq Rassmussen bu gün bildirib ki, təşkilatın üzvləri və onun tərəfdaşları həmçinin Əfqanıstana azı 5 min qüvə göndərməyə hazırdırlar.

Böyük Britaniya artıq Əfqanıstana əlavə 500 qüvvə göndərəcəyini bəyan edib.

Fransayla Almaniya isə Əfqanıstanla bağlı Londonda keçiriləcək beynəlxalq konfransı gözləyəcəklərini bəyan ediblər.

Konfrans yanvarın sonunda keçirilməlidir.