Noyabrda təxminən 200 ailəyə ipoteka verilib

Noyabrda 200-ə qədər ailə ipoteka krediti alıb.

Azərbaycan İpoteka Fondunun məlumatına görə, kreditlərin ümumi həcmi 8 milyon manat olub, hər bir ailə orta hesabla 40 min manat krediti alıb.

Fondun məlumatına görə ümumiyyətlə 2009-cu il iyunun 1-dən dekabrın 1-nə kimi təxminən 1600 adama 67 milyon manat ipoteka krediti verilib.