İslamabadda törədilmiş partlayışda 1 polis ölüb

Pakistanda törədilmiş partlayışda bir polis ölüb, ikisi isə yaralanıb.

Polisin məlumatına görə intiharçı hərbi dəniz qüvvələrinin İslamabaddakı qərərgahına girmək istəyərkən keşikçilər onu saxlayıb və elə bu vaxt o partlayıcı qurğunu işə salıb.