Prezidenti tənqid etdi, 9 il iş aldı

İran prezidenti Mahmud Əhmədinejatı tənqid edən qəzet redaktoru həbs olunub.

Məhkəmə Səid Laylazı qanunsuz toplaşmada iştirakda və gizli məlumat daşımaqda ittiham edib, 9 il iş kəsib.

Laylazın redaktor olduğu gündəlik «Sarmaye» qəzetinin nəşri ötən ay qadağan olunub.