Rusiyada ölənlərin ailələrinə kompensasiya veriləcək

Rusiyada dəmiryol qəzasında ölənlərin ailələrinə kompensasiya veriləcək.

Səhiyyə və Sosial İnkişaf Nazirliyi ölənlərin ailələrinə 300 min, Dəmir Yol İdarəsi isə 500 min rubl verəcək.

Yaralananlara isə 100 min rubl veriləcək.

Rusiya prokurorluğunun istintaq komitəsindən verilən məlumata görə qəza nəticəsində 26 sərnişin ölüb, 100-dən çox adam isə yaralanıb.

18 sərnişinin taleyi isə bəlli deyil.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov prezident Dimitri Medvedevə hesabat verərkən qatarın partladıldığını deyib.

Partlayıcı qurğu 7 kiloqram trotil gücündə olub.

İstintaq gedir.
Rusiya prokurorluğunun istintaq komitəsindən verilən məlumata görə qəza nəticəsində 26 sərnişin ölüb
Aleksandr Bortnikov prezident Dimitri Medvedevə hesabat verərkən qatarın partladıldığını deyib
Partlayıcı qurğu 7 kiloqram trotil gücündə olub