Şanxayda nəqliyyat təyyarəsi qəzaya uğrayıb

Şanxay hava limanında baş vermiş təyyarə qəzasında 3 ABŞ vətəndaşı ölüb.

Birləşmiş Ştatların Çindəki səfirliyindən verilən məlumata görə ölənlər heyət üzvləridir.

Qalan 4 heyət üzvü isə yaralanıb.

Qəzaya düşmüş nəqliyyat təyyarəsi Zimbabve şirkətinə məxsusdur.

Bişkekə uçan təyyarə havaya qalxarkən uçuş xəttindən çıxaraq yanıb.