Əfqanıstanda həbsxanadan 10-dan çox məhbus qaçıb

Ötən gecə Əfqanıstanın qərbindəki Fərəh əyalətində həbsxanadan 10-dan çox məhbus qaçıb.

Məhbuslar saxlandıqları kameradan qazdıqları tunel vasitəsiylə qaçıblar.

Onların arasında talibançılar da var.

Amma gözətçilər duyuq düşdüyündən qalan məhbusların qaçmasına imkan verilməyib.

Həbsxanada 300 məhbus var.