Banqladeşdə bərənin batması nəticəsində azı 30 adam ölüb

Banqladeşdə sərnişin bərəsinin batması nəticəsində ölənlərin sayı 30-a çatıb.

Məlumatlara görə ölü sayı arta bilər.

Hələ bə bir çox sərnişin bir hissəsi batmış bərədən çıxarılmayıb.

Bundan başqa onlarla adam itkin düşmüş hesab olunur.

Bərədə 1 500 sərnişin olub ki, bu nəzərdə tutulduğundan iki dəfə çoxdur.