Bu gün Qurban bayramıdır

Şəriət qaydalarına əsasən kəsilən heyvanlar sağlam və qüsursuz olmalıdır

Bu gün Qurban bayramıdır. Bu gündə müsəlmanlar Allaha olan məhəbbətlərini və sədaqətlərini nümayiş etdirmək üçün qurban kəsirlər.

Şəriət qaydalarına əsasən kəsilən heyvanlar sağlam və qüsursuz olmalıdır. Qurbanlıq adı altında bazardan ət alınması, eləcə də satılması şəriətlə qəbuledilməzdir.

Bayramın ilk günü kəsilməyən qurbanı isə bayramın ikinci və üçüncü günü də kəsmək olar.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qurban bayramı münasibətiylə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Prezident təbrikində vurğulayıb ki, Azərbaycan müsəlman dünyasının ayrılmaz parçasıdır və tarixən islam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş edib.

Qurban bayramı 2 gün - noyabrın 27 və 28-də qeyd olunur. Nazirlər Kabinetinin qərarı ilə noyabrın 28-i qeyri iş gününə düşdüyündən, Azərbaycanda noyabrın 30-u da qeyri-iş günüdür.