Hindistan 1 il əvvəlki terror qurbanlarını yad edib

Bu gün Hindistanın Bombey şəhərində törədilmiş qanlı terror hadisəsinin 1 illiyi qeyd olunub. Partlayışların baş verdiyi yerlərə güllər qoyulub, şamlar yandırılıb.. Hindistan parlamenti isə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Bir il əvvəl Bombeydə baş vermiş terrorda 174 adam həlak olmuşdu.

Hindistan terrora görə Pakistanda fəaliyyət göstərən Ləşkər-e-Taiba silahlı qruplaşmasını günahlandırır, terrorda əli olanların təhvil verilməsini tələb edir.