Gürcüstanın xarici işlər naziri Fransaya gedir

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bu gün Fransaya yollanıb.

O fransalı həmkarı Bernar Kuşnerlə görüşəcək.

Səfər zamanı iki ölkə arasında təhlükəsizlik sahəsində razılaşma imzalanacağı gözlənilir.