İran prezidenti Venesuelaya gedib

İran prezidenti Mahmud Əhmədinejad Venesuelada səfərdədir.

O səfər zamanı prezident Uqo Çaves və digər ölkə rəsmiləri ilə görüşəcək.

İran prezidenti Cənubi Amerikaya səfəri çərçivəsində bundan əvvəl Braziliya və Boliviyada olub.

Bu ölkələrin liderləri İranın nüvə proqramını dəstəkləyiblər.