İran təminat istəyir

İran zənginləşdirilmiş uran ehtiyatını xaricə göndərmək təklifinə qarşı çıxmır. Bunu İranın xarici işlər nazirinin sözçüsü Ramin Mehmanpərəsət deyib.

O bildirib ki, sadəcə İran göndərdiyi uranın yüksək keyfiyyətli yanacağa çevriləcəyinə 100 faiz təminat istəyir.

Bu açıqlama İranın əvvəlki sərt mövqeyini yumşaltmış olur.