Dünyada istixana effektli qaz artır

BMT-nin Dünya Meteorologiya Təşkilatının məlumatına görə, atmosferdə istixana effektli qaz konsentrasiyası tarixdə ən yüksək həddinə çatıb və artmaqda davam edir.

Təşkilatın rəhbəri Mişel Jarronun sözlərinə görə, bu, növbəti onillikdə havanın orta illik temperaturunun gözləniləndən daha çox artacağını söyləməyə əsas verir. İstixana effektli qazlar qlobal istiləşmənin əsas səbəbi sayılır.