Estoniyada donuz qripindən ilk ölüm qeydə alınıb

Estoniyada donuz qripindən ilk ölüm halı qeydə alınıb. Ötən cümə xəstələnən 13 yaşlı oğlan dünən xəstəxanada keçinib. Estoniyada may ayından 269 nəfər donuz qripinə yoluxub. Onların da çoxu 10-19 yaşlı uşaqlardır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, A H1N1 virusu indiyədək dünyada 6750 nəfərin ölümünə səbəb olub. Onların çoxu amerikalılardır.