Ermənistan tərəfi atəşkəs rejimini pozub, bir nəfər ölüb

Ermənistan tərəfi yenidən atəşkəs rejimini pozub. Erməni snayperinin açdığı atəş nəticəsində Goranboyun Tapqaraqoyunlu kənd sakini 41 yaşlı Saday Qəhrəmanov ölüb. Yerli agentliklərin məlumatına görə, hadisə dünən baş verib. Erməni silahlı qüvvələri işğal altında olan Tərtərin Talış kəndi ərazisindəki mövqelərdən Goranboyun Tapqaraqoyunlu kəndindəki mövqeləri atəşə tutub.

Müdafiə Nazirliyi hadisə ilə bağlı hələlik heç bir məlumat yaymayıb.