Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başladı

Münhendə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilir.

Görüş təxminən yerli vaxtla saat 12: 30-da başlayıb.

AzadlıqRadiosunun əməkdaşlarının Münhendən verdikləri məlumata görə, danışıqlara vasitəçilkik edən ATƏT-in Minsk qrupunun həmsədrləri və hər iki ölkənin xarici işlər nazirləri danışıqlarda

Iştirak etmirlər, görüş qapalı keçirilir.

Hələlik prezidentlərin və həmsədrlərin görüşdən sonra jurnalistlərə açıqlana verəcəkləri dəqiq bəlli deyil.