Bloqqerlərin apelyasiya şikayəti hazırdır

Gənc bloqqerlər –Emin Milli və Adnan Hacızadə ilə bağlı apelyasiya şikayəti güman ki, noyabrın 23-də veriləcək. Bunu AzadlıqRadiosuna Adnan Hacızadənin vəkili İsaxan Aşurov deyib. Bildirib ki, artıq Apelyasiya Məhkəməsinə təqdim ediləcək sənədlər hazırdır.

Məhkəmənin qərarı ilə bloqqerlər Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum edilib. Gənclər bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.