Pakistanda yenə canlı bomba partlayıb

Pakistanın Peşəvər şəhərində yol kənarına quraşdırılmış bombanın işə düşməsi nəticəsində 3 polis ölüb, 6-sı yaralanıb. Bundan bir neçə saat əvvəl isə intiharçı bombanın məhkəmə binası yaxınlığında özünü partlatması 18 insanın ölümünə səbəb olub.

Peşəvərda son vaxtlar partlayışlar səngimir. Təkcə bu ay Pakistanda baş vermiş 8 intiharçı bombadan 6-sı Peşəvərdə olub, nəticədə 110 nəfər həlak olub.