Hillari Klinton Kərzainin vədini alqışlayıb

ABŞ dövlət katibi Hillari Klinton Əfqanıstan prezidenti Həmid Kərzainin korrupsiyaya qarşı mübarizə aparmaq vədini alqışlayıb.

Həmid Kərzai bu vədi bu gün Kabildə keçirilmiş andiçmə mərasimində verib.

Hillarki Klinton Azad Əfqanıstan radiosuna müsahibəsində deyib ki, Kərzainin elan etdiyi tədbirlər onun bu problemə ciddi yanaşmasından xəbər verir.