«NATO tərəfdaşlarına da təminat verməlidir»

«NATO müasir dövrdə yalnız üzvlərinə deyil, tərəfdaşlarına da təhlükəsizlik təminatları verməlidir».
Xarici İşlər nazirinin müavini Araz Əzimov noyabrın 19-da «NATO-nun yeni strateji konsepsiyası: tərəfdaşların müzakirələrə töhfəsi» mövzusunda keçirilən konfransda belə deyib.

Əzimov əlavə edib ki, Avratlantika məkanında təhlükəsizlik üzvlərin tərəfdaşlarla birgə fəaliyyətindən asılıdır: «Biz tərəfdaş ölkə olaraq siyasətimiz üzərində NATO ilə birgə işləyirik.
Biz Şimali Atlantika məkanının ümumi təhlükəsizlik arxitekturası baxımından NATO üçün əhəmiyyət kəsb edirik. Bu gün Azərbaycanın sərhədləri Avropanın sərhədləridir».