«Türkiyəyə basqı mümkün deyil»

«Türkiyə böyük dövlətdir. Ona hər hansı formada basqıdan söhbət gedə bilməz».

Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç Azadlıq Radiosuna açıqlamasında Sürix protokolları imzalanandan sonra Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün Türkiyəyə təzyiq göstərilməsi haqda söylənən fikirlərə münasibət bildirərkən deyib.

Səfir onu da deyib ki, Türkiyə ilə Ermənistan arasında indiki halda hər hansı işbirliyi yoxdur:

«Bəzən xəbərlər yayılır ki, Türkiyədən Ermənistana hansısa strateji məhsullar daşınır. Bu iddiaların heç bir əsası yoxdur. İki ölkə arasında heç bir diplomatik münasibət olmadığı üçün hər hansı yüklərin daşınması mümkünsüzdür».