Saakaşvilinin sözçüsü Azərbaycanda səfir oldu

Gürcüstan parlamenti İvane Noniaşvilinin təyinatını təsdiqləyib. Naniaşvili Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri postuna təyin olunub.

O, 2006-cı ildən bəri Gürcüstanın prezident administrasiyasının sözçüsü işləyib.

Gürcüstanın Azərbaycandakı sabiq səfiri Nikoloz Natbiladze sentyabr ayında bu dövlətin İspaniyadakı səfiri təyin olunandan sonra səfir yeri boş qalmışdı.