İranın Atom Elektrik Stansiyasının işə salınması təxirə düşdü

İranın Buşehr şəhərindəki atom elektrik stansiyasının açılması təxirə salınır.
Rusiya bildirib ki, Buşehrdəki Atom Elektrik Stansiyasını əvvəlcədən élan edildiyi vaxtda – ilin sonunda işə salmayacaq. Rusiyanın Enerji naziri Serqey Şmatko bunun texniki problemlərlə bağlı olduğunu bəyan edib.

Rusiyanın inşa elədiyi və 1 milyard dollarlıq nüvə yanacağını ötən ilin sonunda çatdırdığı Buşehr stansiyasının işə salınması artıq dəfələrlə təxirə salınıb.