Britaniya Ordusu İraqda törədilmiş pozuntuları araşdırır

Böyük Britaniyanın müdafiə nazirliyi Britaniya hərbçilərinin İraqda törətdiyi müxtəlif qanun pozuntularıyla bağlı yeni halları araşdırır.

Bir qrup iraqlının vəkili “ İndependend ” qəzetinə bildirib ki, 16 yaşlı yeniyetmənin zorlanması, işgəncə və alçaldılma da daxil olmaqla 33 belə hal barədə dosye toplayıb.