Kosovoda ilk seçkilər keçirilir

Bu gün Kosovoda mer və yerli bələdiyyə şurasına seçkiləri keçirilir.

Hakim dairələr mümkün iğtişaşların qarşısını almaq üçün şəhər və gəndlərə 5 mindən çox polis çıxarıb.

Bu ötən ilin fevralında Serbiyadan ayrılıb müstəqillik qazandıqdan sonra Kosovoda keçirilən ilk seçkidir.

Birləşmiş Ştatlar və Avropa Birliyi ölkələrinin əksəriyyəti daxil olmaqla Kosovonu 60-dan çox ölkə tanıyır.

Rusiyayla Serbiya Kosovonun müstəqilliyini tanımırlar.