İberia ilə British Airways birləşir

Hər iki aviaşirkət birləşmək niyyətlərini elan ediblər. 7 milyard dollarlıq bu birləşmədən dünyanın üçüncü ən böyük aviaşirkətinin yaranacağı gözlənir.

Yeni şirkət British Airways-in Şimali Amerikada və Avropadakı möhkəm möpvqeyi ilə İberianın Latın Amerikasındakı gücünü birləşdirməlidir.

Şirkətlər birləşmə işini gələn ilin sonuna başa çatdırmağı düşünürlər.