Prezidentin qızı Monika Beluççiylə şam eləmək üçün 190 min avro ödəyib

Monika Beluççi, Allen Dellon və Lola Kərimova (soldan sağa) Parisdəki Müasir İncəsənət Muzeyində

Özbəkistan prezidentinin qızı Monika Beluççiylə şam eləmək üçün 190 min avro ödəyib.

Özbəkistan prezidentinin kiçik qızı, ölkəsinin YUNESKO-dakı daimi nümayəndəsi Lola Kərimovanın həmin mərasimdə iştirak edən digər ulduzlar Allen Delon və başqalarıyla şəkil çəkdirməyə nə qədər ödədiyi isə açıqlanmır.

Özbəkistanın YUNESKO-dakı səfiri Lola Kərimova və fransız aktyoru Allen Dellon


Parisdəki müasir incəsənət muzeyində keçirilən həmin tədbir rəsmən “Özbəkistan 2020” fondunun şərəfinə təşkil edilibmiş. Özbkistan prezidentinin qızının dəvətini Emmanuel Bear və Fransanın keçmiş prezidentinin xanımı Benadett Şirak da qəbul eləyib. Amma aktrisa İzabel Acani Lola Kərimovanın məclisinə gəlməkdən imtina eləyib.

31 yaşlı Lola Kərimova Özbəkistan prezidenti İslam Kərimovun kişik qızıdır. Qərb mətbuatı atası kimi, onun da ulduzlarla bir yerdə olmağa can atdığını yazır.

İndi Özbəkistanda «Biq papa», «Yurtbaşı» kimi çağrılan İslam Kərimov artıq 71 yaşındadır. Səhhəti də yavaş-yavaş korlanır. Bu üzdən indi Özbəkistanda yayılan şailərə görə, Kərimov iki qızından birini öz yerinə hazırlayır.