İran Azərbaycanla viza rejimini ləğv etdi

İranın Nazirlər Kabineti Azərbaycan Respublikası ilə viza rejiminin birtərəfli qaydada ləğv olunması haqda qərar qəbul edib. Məlumatı «Trend News» İran televiziyasının rəsmi saytına istinadla yayıb.

İranın Nazirlər Kabineti bu qərarı ölkənin xarici işlər nazirinin təklifi əsasında çıxarıb. Qərarı İranın birinci vitse-prezidenti Məhəmmədrza Rəhimi icra üçün Xarici İşlər Nazirliyinə göndərib.

Beləliklə, Azərbaycandan İrana səfər etmək istəyənlərin viza almasına ehtiyac qalmayacaq.