Belçika “donuz qripi və futbol” araşdırmasına başlayır

Belçikanın səhiyyə naziri parlamentə deyib ki, futbolçuların özlərini risk qrupuna necə saldıra bilməsi araşdırılmalıdır.
Belçikada donuz qripinə qarşı peyvəndlərin ilk növbədə vurulduğu şəxslər siyahısına daxildir hamilə qadınlar, xroniki xəstələr və... futbolçular.

Nazir deyib ki, futbolçuların cızığı keçmələri “fırıldaqdır”.

Futbolçuların isə izahı budur ki, onlar da risk qrupuna daxil olmalıdırlar, çünki yarışlara görə tez-tez səfər edirlər.