Nyu Yorkda 3 ölkənin konsulluğuna içində ağ toz olan zərf gəlib

Bu gün Nyu Yorkda 3 xarici ölkənin konsulluğuna içində şübhəli toz olan zərflər gəlib.
Zərflər Özbəkistanın, Avstriyanın və Fransanın konsulluqlarına göndərilib.
Polis araşdırması müəyyən edib ki, zərflərdəki toz təhlükəli deyil.
Zərflərin hamısı Texasdan, Dallas şəhərindən göndərilib.